Kanada hava məkanını Belarus təyyarələri üçün bağladı

17 Mart 2022 10:30

Kanada öz hava məkanını Belarus aviadaşıyıcıları və təyyarələri üçün bağlayıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Kanadanın Nəqliyyat Nazirliyi öz rəsmi tviter hesabında paylaşıb.

Bildirilir ki, sözügedən qərar Rusiya və onun Ukraynaya hücumunun birbaşa tərəfdarlarına qarşı iqtisadi tədbirlər çərçivəsində verilib.

Qeyd edək ki, analoji qərar daha əvvəl də Rusiya təyyarələri ilə bağlı verilib.

Milli.Az