Aygün keçmiş sevgilisi Namiqə "Çaşma" dedi, toyda üz-üzə gəldilər - VİDEO

17 Mart 2022 14:46

Bir zamanlar sevgili olan Xalq artisti Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlu bir araya gəliblər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, keçmiş duet ortaqları el məclislərinin birində səhnə alıblar.

Onlar illər öncə yazılmış duetlərini səsləndiriblər. 
Qeyd edək ki, A.Kazımova sonuncu açıqlamasında Namiqə duet təklifi etmişdi: "Namiqə təklif edirəm ki, çaşmasın. Bu, son təklifimdir, çaşma Namiq. Təklifdən sonra isə etiraf edirəm ki, Namiq, yenə də səninlə duet oxuyardım. Fikirləş və təklif et". 

Milli.Az