Vəziyyət ağırdır, amma Xarkov işğal edilməyəcək

17 Mart 2022 15:28

Ukrayna ordusunun mövqeyi Xarkov vilayətində möhkəmlənir. Ona görə də Xarkovu işğal etmək qeyri-realdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Xarkov vilayəti administrasiyasının rəhbəri Oleq Sinequbov deyib.

"Vilayətdə kritik nöqtə İzyum olaraq qalır. Ukrayna ordusu işğalçılara dağıdıcı zərbə vurub, lakin şəhər hələ də mühasirədədir, işıq, istilik, mobil rabitə yoxdur", - deyə Sinequbov bildirib.

Milli.Az