Atdığımız hər addımı antitürk olaraq şərh etməyin

17 Mart 2022 20:06

Türkiyə əleyhinə siyasət yürütmürük.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Yunanıstan xarici işlər naziri Nikos Dendias deyib

Yunanıstanın xarici siyasətinin yalnız Türkiyə əsasında müəyyən edilmədiyini bildirən Dendias ölkəsinin öz milli prioritetləri, milli maraqları və prinsipləri ilə siyasət yürütdüklərini vurğulayıb:

"Ölkəmizin etdiyi hər şeyi antitürk obyektivi altında şərh etməyin".

Qeyd edək ki, daha öncə Yunanıstanla BƏƏ arasında əməkdaşlıq sazişi imzalanıb.

Milli.Az