Çerniqov vilayətində Ukrayna qoşunları bir qrup rus əsgərini darmadağın edib. Bu barədə Pivniç əməliyyat komandanlığı xəbər verir.
"Priluki yaxınlığında Siverşina müqavimət qüvvələri daha bir rus qoşununu məhv edib. Müdafiəçilərimiz texnika parkına rusların daha bir "Uraqan"reaktiv yaylım atəşi sistemini daxil etdilər. Daha birini isə vurub məhv etdilər", - məlumatda deyilir.
Milli.Az