Məşhur hərrac evləri Rusiya müəlliflərinin əsərlərindən imtina etdi

17 Mart 2022 16:00

"Sotheby's" və "Christie's" hərrac evləri Rusiya incəsənət nümunələrinin hərraclarını ləğv edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sözügedən qərar Rusiya qoşunlarının Ukraynada keçirilən "xüsusi hərbi əməliyyat"ı fonunda qəbul edilib.

Qeyd edək ki, "Sotheby's" hərrac evində Rusiya müəlliflərinin əsərlərinin 2021-ci ilin noyabrında ticarət həcmi 17,7 milyon funt-sterlinq təşkil edib.

Milli.Az