Onların qarlı istirahəti - FOTOlar

17 Mart 2022 16:48

Məşhurlar bu günlərdə istirahət üçün qar olan məkanlara üz tutublar.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, kimi Qazaxa, kimi Qəbələyə yollanıb. 

Əməkdar artist Vasif Məhərrəmli Qazaxda qarlı havadan görüntü yayımlayıb. O, eyni zamanda oradakı evini də nümayiş etdirib. 

Şairə Nazilə Səfərli də ailəsi ilə birlikdə Qəbələyə üz tutub. O, paylaşımına "Bayram gəzintisindəyik" şərhini yazıb.

Aşıq Samirə Əliyeva isə qarlı məkandan fotolarına "Təbiətin gözəlliyi qarşısında mən o mən deyiləm" sözlərini yazıb. 

Aparıcı Lalə Azərtaş da istirahət üçün qarlı Qəbələni seçib. O, fotosuna "Ən gözəl mirvari... Təbiətin mirvarisi - qar dənəcikləri" qısa şərh yazıb.

Milli.Az