AİHM Rusiyaya qarşı şikayətlərə baxmayacaq

17 Mart 2022 08:28

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Rusiya Federasiyasına qarşı bütün şikayətlərə baxılmasını dayandırmaq qərarına gəlib.

Bu barədə AİHM-in mətbuat xidmətindən bildiriblər.

"(Avropa Şurası - red.) Nazirlər Komitəsinin Rusiya Federasiyasının 2022-ci il martın 16-dan Avropa Şurasına üzvlüyünü dayandırması ilə bağlı qərarına uyğun olaraq, məhkəmə Rusiyaya qarşı bütün müraciətlərə baxılmasını dayandırmaq qərarına gəlib", - deyə mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, şikayətlərə baxılması Rusiyanın üzvlüyünün dayandırılması üzrə hüquqi nəticələr müəyyən olunana qədər dayandırılır.

Milli.Az