İranda güclü zəlzələ olub

17 Mart 2022 08:43

İranın cənubunda 5,9 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanların episentri Bəndər-Abbas şəhərindən 166 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Milli.Az