Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Avropada görüşü gözlənilir

6 May 2010 19:28
ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın vaxtlarda Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Dağlıq Qarabağ məsələsi üzrə danışıqlar prosesində gələcək addımların müzakirəsi üçün Avropada növbəti görüşlərinin keçiriləcəyini gözləyirlər.

Bu barədə Minsk qrupunun bəyanatında deyilir.

ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş çərşənbə günü Vyanada bağlı qapılar arxasında keçirilib. Brifinqdə həmsədrlər Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələrini Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesi və gələcək addımlar barədə məlumatlandırıblar.

Vyanadakı görüşdə rusiyalı həmsədr Yuri Merzlyakov öz vəzifəsini rəsmi şəkildə İqor Popova təhvil verib.

Eyni zamanda, həmsədrlər ölkələrin Madrid prinsipləri əsasında qərarların yenidən işlənib hazırlamasında inkişafa nail olduqlarını, həmçinin ötən ilin iyulunda İtaliyanın Akvilla şəhərində səkkizlər sammitində həmsədr ölkələrin prezidentlərinin birgə bəyanatlarında öz əksini tapan elementləri vurğulayıblar.

/Trend/