Bayden Putini “hərbi cinayətkar” adlandırdı

16 Mart 2022 23:51

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini "hərbi cinayətkar adlandırıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Ağ Evdə çıxışı zamanı jurnalistlərdən biri Baydenə rusiyalı həmkarını "hərbi cinayətkar" adlandırmağa hazır olub-olmadığını soruşub. 

Bayden əvvəlcə "yox" cavabını verib və otağı tərk edib. Lakin sonra geri qayıdaraq "O, hərbi cinayətkardır" deyib.

Milli.Az