Mahsun xanımına xəyanət etdi

16 Mart 2022 20:36

Altı il əvvəl vəkil Ece Binayla ailə quran müğənni Mahsun Kırmızıgüllə bağlı qalmaqallı iddia irəli sürülüb.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçinin Binaya xəyanət etdiyi qeyd olunub. Belə ki, Mahsunun bu günlərdə gənc bir xanımla sosial şəbəkələrdə görüntüləri yayılıb.

Onlar arasındakı səmimiyyət KİV-də də səs-küy yaradıb. Sözügedən xanımın Mahsunun pərəstişkarı olduğunu deyənlər də, onunla eşq yaşadığını söyləyənlər də var.

Hətta Kırmızıgülün öz fanatı ilə sevgili olduğu və onun üçün ev tutduğunu da vurğulayıblar.

Milli.Az