Xəbər verdiyimiz kimi, müğənni Elçin Cəfərov uzun müddətdir İstanbulda yaşayır.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, onun ölkədən köçməsi "Deməsəm olmaz" proqramında müzakirə edilib. Stilist Elnur Həsənov bildirib ki, Elçin artıq bir ildən çoxdur Türkiyəyə köçüb:
"Elçin orada biznes qurub. Sənətindən tam fərqli bir işdir. Bakıya tez-tez gedib gəlir. Hətta Elçinin İstanbuldakı evində qonaq da olmuşam".
Elnur əlavə edib ki, Elçinlə müğənni İradə İbrahimovanın yaxın günlərdə işbirliyi olub.
Milli.Az