Müharibədən qaçan 18 yaşlı ukraynalı qızı Almaniyada iki nəfər zorladı

16 Mart 2022 19:06

Ukraynadakı müharibədən qaçan 18 yaşlı qız Almaniyada qrup şəklində zorlanıb.
Hərbi əməliyyatlardan qaçan 18 yaşlı ukraynalı qadın iki iraqlı və nigeriyalı qaçqın tərəfindən zorlanıb. Məlum olub ki, bədbəxt qadın yaşadığı dəhşətli hadisədən sonra Polşaya qaçıb.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki,  Almaniyanın aparıcı qəzetlərindən olan Bild-in xəbərinə görə, hadisə Almaniyada qaçqınların yerləşdirilməsi üçün istifadə edilən "Oscar Wilde" otel gəmisində baş verib. İki iraqlı (37) və nigeriyalı (26) qaçqının təcavüzünə məruz qalan gənc qadın ölkə gündəminə düşüb.

Bildirilib ki, 18 yaşlı ukraynalı qadın yaşadıqlarından sonra "özünü təhlükəsiz hiss etmədiyi üçün" Almaniyanı tərk edərək Polşaya qaçıb.

Anar Əli
Milli.Az