Avroviziya mahnımız nə vaxt təqdim olunacaq?

16 Mart 2022 13:54

Azərbaycan və Ermənistandan başqa Avroviziya - 2022 mahnı müsabiqəsində iştirak edən ölkələr təmsilçilərini təqdim ediblər.

Milli.Az olay-a istinadən xəbər verir ki, erməni müğənni Rosa Linnin mahnısının 19 martda yayılması gözlənilir.

Həmyerlimiz Nadir Rüstəmlinin ifa edəcəyi bəstənin premyerası barədə KİV-ə məlumat verilməyib.

Lakin, iddiaya görə, mahnı "Closer to you" adlanır və yaxın zamanlarda klipin tizeri yarışmanın rəsmi yutub kanalında göstəriləcək.

Tizerdən sonra mahnı və klipin təqdimat tarixi bəlli olacaq.

Milli.Az