Ukrayna silahlı qüvvələri bütün istiqamətlərdə rus əsgərləri ilə fəal mübarizə aparır və tədricən əks-hücumlara keçir.
Bu haqda Milli.Az UNİAN-a istinadən xəbər verir.
"İgid döyüşçülərimiz təkcə Rusiyanın müharibəyə göndərdiyi "top yemini" deyil, həm də Rusiya ordusunun flaqman hissələrini məhv edirlər. Bu yaxınlarda İnternetdə Milli Qvardiyanın elitası olan altı ölü "bordo beret" ilə fotoşəkil yayıldı. Bundan başqa yeddinci əsgər haqda da məlumat yayıldı. Onun haqqında məlumat ayrıca verilib. Onlar ukraynalıların başına çox bəla gətirdilər və sonda öldülər", - məlumatda deyilir.
"İnternetdə həmçinin yuxarıdakı şəkildən ayrı-ayrı öldürülən düşmənlər haqqında məlumat dərc edilib. Bütün əsgərlər Dzerjinski diviziyasının nəzdindəki "Vityaz" Xüsusi Təyinatlı Mərkəzinin bir hissəsi idi.
Aleksey Blinkov (sağdan ikinci) Novosibirsk Rusiya Mühafizə Qoşunları İnstitutunun məzunudur. Mixail Belyakov (ehtimal ki, soldan ikinci) Penza vilayətinin Nikolsk şəhərindəndir, Şimali Qafqazda hərbi əməliyyatların veteranıdır.
Yeddinci döyüşçü haqda ayrıca məlumat verildi. Samara vilayətindən olan, "Krılya Sovetov"un gənclər komandasının keçmiş futbolçusu Maksim Pustozvonov.
"Vityaz"ın vəzifələrinin diapazonu kifayət qədər genişdir - dəstələrin yaradılmasından tutmuş mühüm şəxslərin müdafiəsinə qədər. Halbuki əsgərlərimiz üçün onlar sadəcə düşməndirlər, yaxşı düşmən isə ölü düşməndir", - məlumatda qeyd olunur.
Aslan Məmmədov
Milli.Az