Ukraynada müharibə zamanı həlak olan uşaqların sayı 100-ü keçib

16 Mart 2022 14:30

Ukraynada müharibə zamanı öldürülən uşaqların sayı 103-ə çatıb.

Bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında bildirilib.

Qeyd olunub ki, hərbi əməliyyatlar zamanı 400-dən çox təhsil müəssisəsi dağıdılıb, onlardan 59-u tam yararsız hala düşüb.

Milli.Az