Ukraynalılar Qara dənizdə Rusiyanın iki döyüş təyyarəsini batırıb

16 Mart 2022 14:09

Ukraynanın cənubundakı zenit-raket qoşunları rus qoşunlarının iki Su-30sm qırıcısını batırıb.

Milli.Az bildirir ki, bu barədə martın 16-da səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

"Bu gün səhər saat 5-də ölkənin cənubunda rus əsgərlərinin iki Su-30sm qırıcısı Rusiya gəmisinin ardınca göndərilib. Bir cüt rus qırıcı Odessa vilayətindəki kəndlərdən birinə hücum etməyə cəhd edib", - məlumatda deyilir.

Pivden Hava Komandanlığının zenit-raket bölməsi hər iki təyyarəni məhv edib.

Aslan Məmmədov
Milli.Az