Qoz onkoloji xəstəliklərdən qoruyur? - Həkimdən açıqlama

16 Mart 2022 22:55

Gündə 4-5 ədəd təzə qoz yemək insanı bir çox xəstəlik, o cümlədən onkoloji proseslərdən qoruya bilər.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, bu barədə türk həkim Osman Erk bildirib.

Qoz insanı nəinki onkoloiyadan, eləcə də depressiya və qocalıq əqli geriliyindən qoruya bilər.

Elmi tədqiqatlar göstərib ki, qozda olan Omeqa 3, antioksidant, vitamin, minerallar ürəyin işini yaxşılaşdırır.

Qoz damar tıxanmasının qarşısını alır, yüksək təzyiqə qarşıdır.

Qoz uşaqların da qidasında olmalıdır. 3 yaşından yuxarı uşaqlar gündə 3-4 ədəd qoz yeməlidir. Orqanizmdə doymuş yağ turşularının normada olmasına diqqət yetirmək lazımdır.

Milli.Az