Stallone Kardaşyanla qonşu olmaq üçün 18 milyonundan keçdi

16 Mart 2022 17:24

Amerikalı aktyor Silvestr Stallone və həyat yoldaşı, aktrisa Cennifer Flavin ABŞ-da yeni mülk alıblar.

Cütlük Los-Ancelesin elit şəhərətrafı Hidden Hillsdə, Kim Kardaşyan və digər məşhurların yanında məskunlaşıb.

Milli.Az Dirt-ə istinadən xəbər verir ki, cütlük yeni ev üçün 18,2 milyon dollar ödəyib. 80 sotdan cox torpaq sahəsində əsas malikanə, qonaq evi, hovuzun yaninda bina, 4 maşınlıq qaraj və tövlə var.

Anar Əli
Milli.Az