ABŞ elan etdi: Rus nefti əvəzinə İran nefti olmaz

16 Mart 2022 20:54

Nüvə sazişinin bərpası ilə bağlı danışıqların necə nəticələnməsindən asılı olmayaraq, ABŞ Rusiya nefti əvəzinə İrandan neft idxal etməyi planlaşdırmır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

"İrandan neft idxalına qadağa qoyulması ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalacaq. Biz Rusiya neftini İran nefti ilə əvəz etmək fikrində deyilik", - o deyib.

Milli.Az