Son ukraynalıya qədər döyüş gedəcək - Aksyonov

16 Mart 2022 16:30

ABŞ Rusiya ilə son ukraynalı ölənə qədər döyüşəcək və onların hamısını qurban verəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Krımın rəhbəri Sergey Aksyonov deyib.

"Nə qədər ki Amerika var, son ukraynalıya qədər Rusiya ilə mübarizə aparacaq. Seçim yoxdur, hamısı tankın altına atılacaq", - Aksyonov qeyd edib.

Onun fikrincə, nə qədər ki Qərb dövlətlərinin Ukraynada maraqları var, Kiyevdə isə "qərbyönlü qruplar" hakimiyyətdədir, vəziyyət düzəlməyəcək.

Milli.Az