Rusiyada yenicə vəzifə alan erməniyə sanksiya tətbiq edildi

16 Mart 2022 19:30

"Yandeks" qrupunun icraçı direktoru və ötən gün qrupun Rusiya üzrə yeni baş direktoru seçilən Tiqran Xudaverdyan da Avropa Birliyinin sanksiya siyahısına daxil edilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, AB "Yandeks"in Rusiyanın Ukraynadakı əməliyyatları ilə bağlı həqiqətləri gizlətdiyini düşünür.

Qeyd edək ki, T.Xudaverdyan "Yandeks"in Rusiyadakı baş direktoru Yelena Buninanın yerinə ötən gün təyin edilib.

Milli.Az