Məşhur aktrisa ana olacaq

16 Mart 2022 15:00

"Bücür cadı", "Arka sıradakiler", "Emret komutanım" kimi məşhur seriallarda rol alan aktrisa Merve Erdoğan ana olacaq.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı aktrisa İnstaqram hesabında paylaşıb. O, övladının cinsiyyətini açıqlamayıb.

Qeyd edək ki, aktrisa həmkarı Mərt Carimlə 2020-ci ildə ailə həyatı qurub.

Milli.Az