İspaniya səması narıncıya büründü - VİDEO

16 Mart 2022 19:42

Martın 15-də İspaniya paytaxtı Madriddə və ölkənin böyük bir hissəsində havanın keyfiyyəti barədə əhaliyə xəbərdarlıq edilib.

Belə ki, Saxaradan gələn isti və tozlu hava kütləsi səmanı narıncıya bürüyüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, paytaxtda və İspaniyanın cənub-şərq sahillərinin böyük hissəsində hava "son dərəcə əlverişsiz" kimi qiymətləndirib.

Bir çox sakinlər terraslarda, küçələrdə və avtomobillərin üzərində narıncı toz qatının olduğunu aşkar ediblər.

Əhaliyə çölə çıxdıqda maska ​​taxmaq tövsiyə olunub.

Milli.Az