"Forbes": Gedən şirkətlər yüz minlərlə rusiyalını işlə təmin edirdi

16 Mart 2022 08:26

Rusiyanı tərk edən beynəlxalq şirkətlər 200 min nəfər rusiyalını işlə təmin edirdi.

Milli.Az APA-ya istinadən bildirir ki, bu məlumatı "Forbes" jurnalı yayıb.

Jurnalın yazdığına görə, təkcə "McDonalds" şəbəkəsində 62 min nəfər çalışırdı. "Pepsi"nin təkcə moskvaətrafı zavodunda 8000 nəfər daimi işlə təmin edilmişdi. Ümumi Rusiya üzrə bu şirkət 19 000 nəfəri işlədirdi. "KFC" şirkətinin getməsi ilə 14 mindən çox insan iş yerini itirib.

Bundan başqa, avtomobil sektorunda da xarici şirkətlər çox sayda yeni iş yeri yaratmışdılar.

Milli.Az