Ukrayna Prezidenti Volodmir Zelenski Zelenski ABŞ Konqresində videokonfrans vasitəsi ilə çıxış edəcək.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Zelenski "Facebook"da məlumat verib.
"Çərşənbə günü mənim ABŞ Konqresində çıxışım planlaşdırılır. Vacib hadisədir", - deyə dövlət başçısı qeyd edib.
Zelenski daha sonra maliyyə yardımına görə Co Baydenə təşəkkür edib.
Milli.Az