Ukraynada son sutkada 29 minə yaxın insan təxliyə edilib

16 Mart 2022 07:22

Ukrayna hakimiyyəti tərəfindən döyüş bölgəsindən humanitar dəhlizlərlə 29 minə yaxın insan təxliyə edilib.

Milli.Az "report"-a istinadən bildirir ki, bunu Volodimir Zelenskinin Ofis rəhbərinin müavini Kirilo Timoşenko deyib.

Bundan əvvəl Ukraynanın baş nazirinin müavini, nəzarət olunmayan ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib ki, martın 15-də Mariupoldan humanitar dəhliz boyunca 20 minə yaxın insan yola salınıb.

Rusiya Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev xəbər verib ki, ölkənin silahlı qüvvələri bir sutka ərzində Jitomir, Luqansk, Donetsk və Mariupol istiqamətlərində 36 721 nəfəri təxliyə edib.

Milli.Az