Ukrayna-Rusiya danışıqları sabah davam edəcək

15 Mart 2022 23:54

Danışıqlara sabah davam edəcəyik.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.

Çox çətin danışıqlar prosesi gedir. Fundamental ziddiyyətlər mövcuddur. Ancaq şübhəsiz ki, kompromis üçün yer var. Fasilə zamanı yarımqruplar üzrə işlər davam etdiriləcək", - deyə Podolyak vurğulayıb.

Milli.Az