Bayden NATO-nun fövqəladə sammitinə qatılacaq

15 Mart 2022 22:51

ABŞ Prezidenti Cozef Bayden martın sonunda Brüsselə səfər edəcək.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

Psaki deyib ki, Bayden Brüsseldə martın 24-də keçiriləcək NATO-nun fövqəladə sammitinə qatılacaq.

"ABŞ dövlət başçısı Rusiyanın Ukraynaya qarşı hücumlarına cavab olaraq müttəfiqlərlə birgə planlaşdırılan tədbirləri müzakirə etməyi planlaşdırır", - Ağ Evin mətbuat katibi qeyd edib.

Milli.Az