Bolqarıstan MİQ-29 təyyarələrini Rusiyada təmir etdirməyəcək

15 Mart 2022 23:27

Bolqarıstan MİQ-29 qırıcı təyyarələrini təmir etdirmək üçün Rusiyaya göndərmək fikrində deyil.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Bolqarıstanın Baş naziri Kiril Petkov yerli radioya müsahibəsində deyib.

Hökumət başçısı bildirib ki, indiki şərtlərdə Bolqarıstan hökuməti Rusiyaya böyük məbləğdə pul köçürülməsini qeyri-mümkün hesab edir. Təyyarələri vasitəşilərin köməyi ilə Rusiyaya göndərmək fikri isə absurddur.

Baş nazir ölkənin hava təhlükəsizliyi məsələsini glən həftə Pentaqon rəhbəri ilə müzakirə edəcəyini bildirib.

Milli.Az