“Çavuşoğlu Rusiyadan sonra Ukraynaya gedəcək” - Ərdoğan

15 Mart 2022 22:42

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Rusiyayaya, cümə axşamı isə Ukraynaya səfər edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlır Kabinetinin iclasından sonraki açıqlaması zamanı deyib.

O qeyd edib ki, Antalya Diplomatiya Forumunu çərçivəsində Rusiya və Ukrayna nazirlərinin görüşü bir nəticə verməsə də, diplomatiya üçün qapıların açılması baxlımından çox önəmli idi.

Milli.Az