Rusiya Trüdoya da sanksiya tətbiq etdi

15 Mart 2022 21:21

Rusiya Xarici İşlər Nazirliyi Rusiyaya girişi qadağan edilən Kanada vətəndaşlarının, o cümlədən Kanadanın Baş naziri Castin Trüdo, xarici işlər və müdafiə nazirləri Melani Coli və Anita Anandın da yer aldığı sanksiya siyahısını dərc edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, siyahı Kanadanın rusiyalı deputatlara sanksiyalarına cavab olaraq hazırlanıb.

Trüdo ilə yanaşı, Kanada parlamentinin İcmalar Palatasının əksər deputatları da daxil olmaqla, ümumilikdə 313 nəfərə məhdudiyyət qoyulub.

Milli.Az