Podolyak Rusiya ilə danışıqları şərh etdi

15 Mart 2022 17:44

Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsi ilə bağlı Ukrayna və Rusiya tərəfləri arasında danışıqların gedişatını şərh edib.

Milli.Az UNİAN-a istinadən bildirir ki, onun Twitter-də yazdığı kimi, danışıqlar davam edir.

"Əsas danışıqlar platforması ilə bağlı məsləhətləşmələr bərpa edilib. Ümumi nizamlanma, atəşkəs, qoşunların ölkə ərazisindən çıxarılması...", - deyə o yazıb.

Aslan Məmmədov
Milli.Az