Zalujnı müharibə ilə bağlı son vəziyyəti açıqlayıb

15 Mart 2022 20:18

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeriy Zalujnı döyüşçülərə rus əsgərləri arasında 20 günlük mübarizənin yekunlarını açıqlayıb.

Milli.Az UNİAN-a istinadən bildirir ki, onun Facebook səhifəsində yazdığı kimi, Ukrayna Silahlı Qüvvələri öz tapşırıqlarını yerinə yetirir.

"Biz təcavüzkarı dayandırmışıq, ehtiyat güclərimizi yerləşdirmişik və müəyyən ərazilərdə əks-hücum əməliyyatı aparırıq".

Zalujnı həmçinin əlavə edib ki, Ukrayna hərbçiləri itkilər verir. Lakin onlar düşməninkindən bir neçə dəfə azdırlar. O, həlak olan əsgərlərin ailələrinə başsağlığı verib.

Aslan Məmmədov
Milli.Az