"Mançester Siti" başda olmaqla bir neçə klubun sahibi olan "City Football Group" Avropada daha bir klubun səhmlərini almağa hazırlaşır.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, şirkətin budəfəki hədəfi "Breda"dır.
Niderland klubunun alınması ilə bağlı Erediviziya təmsilçisi ilə danışıqlar yekunlaşmaq üzrədir. Bu baş verərsə, "Breda" "City Football Group"un Avropada 5-ci, ümumilikdə isə 11-ci klubu olacaq. Eyni zamanda Niderland klubunun "Mançester Siti"dən oyunçu transferləri də asanlaşacaq.
Qeyd edək ki, "City Football Group" hazırda "Mançester Siti" (İngiltərə), "Nyu York Siti" (ABŞ), "Melburn Siti" (Avstraliya), "Yokohama" (Yaponiya), "Montevideo Siti" (Uruqvay), "Xirona" (İspaniya), "Sişuan Jiuniu (Çin), "Mumbay Siti" (Hindistan), "Lommel" (Belçika) və "Trua"nın (Fransa) sahibidir. Şirkət eyni zamanda Boliviya təmsilçisi "Bolivar"la da əməkdaşlıq edir.
Milli.Az