NTV kanalının tanınmış aparıcısı istefa verdi

15 Mart 2022 19:24

Rusiyanın NTV kanalının tanınmış aparıcısı Liliya Gildeyeva istefa verib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə aparıcı Telegram hesabında yazıb.

Onun sözlərinə görə, xaricə gedib və istefa ərizəsini oradan yazıb.

"Mən qorxdum ki, məni elə-belə buraxmazlar, ona görə istefa ərizəsi yazdım", - deyə Liliya Gildeyeva bildirib.

Qeyd edək ki, Liliya Gildeyeva 2013-cü ildən NTV kanalının "Seqodnya" proqramında çalışırdı. O, verilişi televiziya jurnalisti Aleksey Pivovarovla birgə aparıb.

Milli.Az