PSJ “Barsa”ya Neymarı transfer etməyi təklif edib

15 Mart 2022 21:52

PSJ "Barselona"ya Neymarı transfer etməyi təklif edib.

Hücumçu artıq toxunulmaz hesab edilmir və PSJ bir neçə aydır ki, braziliyalı üçün yeni klub axtarır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, son həftələrdə parislilər onu bir neçə Avropa komandasına, o cümlədən "Barselona"ya təklif ediblər.

30 yaşlı futbolçunun və "Barsa"nın belə bir transfer perspektivinə necə münasibət bəslədiyi hələ məlum deyil.

Bu mövsüm futbolçu PSJ-nin heyətində bütün turnirlərdə 20 oyuna çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə edib. O, noyabrda aldığı zədə səbəbindən mövsümün çox hissəsini buraxıb.

Milli.Az