Britaniya Rusiyaya lüks malların satışını qadağan edib

15 Mart 2022 14:24

Böyük Britaniya Rusiyaya lüks malların ixracını qadağan edir və məhsulların idxal tariflərini artırır

Milli.Az APA-ya istinadən bildirir ki, Böyük Britaniya hökuməti Rusiyaya dəbdəbəli malların ixracına qadağa qoyub və bu ölkədən vodka (araq) kimi məşhur məhsulların idxal tariflərini artırıb.

Britaniya avtomobilləri, dəbdəbəli moda və incəsənət nümunələri artıq Rusiyaya ixrac edilməyəcək lüks mallar arasındadır.

Yeni idxal tariflərinin artımı ilə mövcud tariflərdə 35 faizlik artım müşahidə olunacaq.

Milli.Az