Rusiyada koronavirusdan daha 558 nəfər ölüb

15 Mart 2022 17:30

Rusiyada son sutka ərzində daha 36 678 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 17 412 919 nəfərə çatıb.

Son sutka ərzində 558 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə, koronavirusdan ölənlərin sayı 361 902 nəfərə çatıb.

Milli.Az