Məşhur Hollivud ulduzundan pərəstişkarlarına pis xəbər

15 Mart 2022 18:00

Hollivud ulduzu Sandra Bullok aktyorluq karyerasına fasilə verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, amerikalı aktrisa müvəqqəti olaraq filmlərə çəkilməyəcəyini bildirib. O, çəkiliş meydanına nə zaman qayıdacağı ilə bağlı məlumat verməyib.

"İşimə çox ciddi yanaşıram. İndi isə sadəcə 24/7 uşaqlarım və ailəmlə olmaq istəyirəm" - deyə, Sandra vurğulayıb.

Qeyd edək ki, Sandra "The blind side" filmindəki roluna görə "Qızıl Qlobus" mükafatı qazanıb. 2014-cü ildə Hollivudun ən çox qazanan aktrisaları siyahısına liderlik edib.

Milli.Az