Əli Əsədov: “İndiyədək Ukraynadan 9246 vətəndaşımız təxliyə olunub”

15 Mart 2022 12:18

"Ukraynadakı vətəndaşlarımızın təxliyəsi məsələsi diqqətimizdədir".

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, qonşu, yaxın ölkələrdə baş verən hadisələr Azərbaycana da təsirsiz ötüşmür: "Soydaşlarımızın Ukraynadan təxliyəsi, həmçinin, təhlükəsizliyinin təmin edilməsi baxımından bütün işlər görülür. İndiyədək Ukraynadan 9246 nəfər təxliyə olunub".

Milli.Az