Daha bir rusiyalı oliqarxın 140 milyon dollarlıq yaxtası müsadirə olundu - FOTO

15 Mart 2022 09:00

Rusiya Federasiyasının "Rostex" dövlət korporasiyasının rəhbəri Sergey Çemezovun superlüks yaxtası İspaniyanın Barselona şəhərində müsadirə olunub.

Milli.Az Bloomberg-ə istinadən bildirir ki, 85 metr uzunluğu olan yaxtanın dəyəri 140 milyon dollardır.

"Rusiyanın əsas oliqarxlarından birinə məxsus yaxtaya bu gün həbs qoyduq", - İspaniyanın baş naziri Pedro Sançes deyib.

Milli.Az