Xoşqədəmə rüşvət təklif olundu - VİDEO

15 Mart 2022 17:12

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı ona rüşvət təklif edildiyini açıqlayıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, "Səni axtarıram" verilişində danışıb.

Hidayətqızı deyib ki, onun üçün dürüstlük hər şeydən önəmlidir:

"Həyatımda kimsəyə xəyanət etmədim. Ac-susuz qaldığım zamanlar oldu. Qəzetdə işlədiyim vaxtda mənimlə çalışan bir insanın əleyhinə olmağım üçün 100 min  manat təklif etdilər.  Bu 2000-ci illərdə olmuşdu. Özü də evim yox idi. Amma qəbul etmədim".

Milli.Az