İlon Mask Vladimir Putini təkbətək döyüşə çağırdı - FOTO

15 Mart 2022 09:48

Dünyanın ən zəngin adamı, "SpaceX" və "Tesla" şirkətlərinin sahibi İlon Mask Rusiya prezidenti Vladimir Putini təkbətək döyüşə çağırıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə Mask Tvitter səhifəsində yazıb:

"Vladimir Putinə meydan oxuyuram. Təkbətək döyüşə dəvət edirəm. Mərc Ukraynadır".

O, daha sonra Kremlin səhifəsini də işarə edərək rus dilində duellə bağlı fikirlərini soruşub: 

"Bu döyüşə razısınızmı?".

Qeyd edək ki, İlon Mask müharibənin başlanğıcından Ukraynaya yalnız ianələr deyil, həm də sürətləndirilmiş "Starlink" peyk internetinin quraşdırılmasına da kömək edib.

Milli.Az