Qurban Qurbanovun jesti UEFA-nın iclasında müzakirə olundu

15 Mart 2022 08:44

UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) növbəti iclası keçirilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, iclas videokonfrans formatında təşkil olunub. UEFA Avropa Konfrans Liqasında fevralın 24-də keçirilmiş "Qarabağ" - "Marsel" oyununda (0:3) qeydə alınmış fair play hadisəsi AFFA-nın icraçı vitse-prezidenti, müvafiq komitənin sədri Elxan Məmmədovun təklifi ilə iclasın gündəliyinə daxil olunub və məsələ barədə fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, "Qarabağ" - "Marsel" oyununda Ağdam təmsilçisinin vurduğu qol hakim tərəfindən qeydə alınmış, baş məşqçi Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalara uyğun olmadan vurulduğunu bildirmiş və qol qərarı ləğv olunmuşdu.

Milli.Az