Youtube Rusiyada bloklana bilər

15 Mart 2022 08:12

Youtube şəbəkəsi Rusiyada bloklana bilər.

Bu barədə Rusiya Federasiya Şurasının konstitusiya qanunvericilik komitəsinin sədri Andrey Klişas bildirib.

Onun sözlərinə görə, qanuna əməl etmədiyi təqdirdə Youtube Rusiyada bloklanacaq: " Youtube qanuna əməl etməlidir, ya da bloklanmalıdır".

Qeyd edək ki, bazar ertəsi Roskomnadzor Google-dan "Sovet Televiziyası. Gosteleradiofond"un Youtube kanallarına girişi dərhal bərpa etməyi tələb edib.

Milli.Az