"Qalatasaray" - "Beşiktaş" oyununda 3 QOL VURULDU - FOTO

14 Mart 2022 23:00

Türkiyə Superliqasında "Qalatasaray" "Beşiktaş"la qarşılaşıb.

Milli.Az xəbər verir ki, "Qalatasaray" 2:1 hesabı ilə qalib gəlib.

Oyunun 22-ci və 32-ci dəqiqələrində "Qalatasaray"ın hücümçusu Kerem Aktürkoğlu fərqləndi. 85-ci dəqiqədə Rıdvan Yılmaz ("Beşiktaş") qolu vurdu.

Bu oyundan sonra turnir cədvəlində "Qalatasaray" 38 xalla 11-cidir, "Beşiktaş" 45 xalla 8-ci yerdə yerləşir.

Milli.Az