Lavrov Kremlin şərtini AÇIQLADI

14 Mart 2022 21:45

"Ukrayna ərazisində Rusiya üçün heç bir təhdid olmamalıdır".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani ilə Moskvadakı görüşündən sonra mətbuat konfransında deyib.

Lavrov Qətərin Rusiya və Ukraynanın təhlükəsizliyi də daxil olmaqla, ortaq Avropa təhlükəsizliyi ilə bağlı məsələlərdə razılığa gəlinməsi istəyini yüksək qiymətləndirdiklərini bildirib.

Milli.Az