Ruslar Zaporojye AES-ın yaxınlığında enerji blokunu partlatmağa hazırlaşırlar - Enerqoatom

14 Mart 2022 16:30

Zaporojye AES-i ələ keçirən rus əsgərləri enerji blokunun düz qarşısında sursatları partlatmağa hazırlaşır.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə Energoatom-un mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

Qeyd olunur ki, yaxın bir saatda Zaporojye AES-i ələ keçirən əsgərlər birbaşa AES-in təlim mərkəzinin xarabalıqları yaxınlığındakı zavod ərazisində döyüş sursatı "təkrar emal etməyə" başlamağı planlaşdırırlar.

Yəni əsgərlər AES-in 1 saylı enerji blokunun düz qarşısında döyüş sursatlarını partlatmağa hazırlaşırlar, Enerqoatom qeyd edir.

Aslan Məmmədov
Milli.Az